ATƏT-in İnsan Alverinə qarşı Mübarizə Üzrə Alyansının 24-cü iclası keçirilib

25.04.2024

2024-cü ilin 15-16 aprel tarixlərində Avstriyanın Vyana şəhərində ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə Üzrə Alyansının 24-cü Konfransı keçirilmişdir.
ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə Üzrə Xüsusi Nümayəndəsi və Əlaqələndiricisi Kari Johnstonun sədrliyi ilə keçirilən tədbirdə “İnsan alverinin qarşısının alınması istiqamətində dəyişikliklər: maarifləndirmənin yüksəldilməsi” mövzusu müzakirə edilmişdir.
Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev iştirak etmişdir.

Konfransda İnsan alverinin həssas və diqqətdən kənar qalan formaları mövzusu müzakirə edilmiş, qeyd olunan mövzuda BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı, həmçinin Polşa, Yunanıstan, Bosniya və Herseqovinanın nümayəndələri çıxışlar etmişlər.
Bundan başqa “İnsan alverinə qarşının alınmasının təsirli metodları, mövcud boşluqlar” mövzusu müzakirə edilmiş, BMT-nin Narkotik və Cinayətkarlıq Ofisi ilə yanaşı ABŞ, Rumıniya, Estoniya, Birləşmiş Krallığın nümayəndələri çıxışlar etmişlər.

Tədbirdə S.Qarayev tərəfindən insan alverinin qarşısının alınması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər, Nazirlər Kabinetinin 81 nömrəli, 2011-ci 20 may tarixli qərarı ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”, bu proqramın icrası ilə bağlı görülmüş işlər və əldə edilmiş nəticələrə dair məlumatlar konfrans iştirakçılarının nəzərlərinə çatdırılmışdır.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48