Dəyirmi masa keçirilib

30.01.2024

Yanvarın 26-da Hüquq və İnsan Haqları İnstitutu “Gender bərabərliyi sahəsində mövcud problemlər və qanunvericilik təklifləri” mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə ölkənin hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların və Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə qonaqları salamlayıb, institutun müzakirə olunan istiqamətdə fəaliyyəti barədə məlumat verib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Gender bərabərliyi sahəsində mövcud olan problemlər və qanunvericilik təklifləri” və “İnsan alveri və kibertəhlükəsizlik” mövzusunda apardığı tədqiqat işləri üzrə geniş təqdimatla çıxış edib.

Hər iki mövzu ətrafında tədbir iştirakçıları çıxışlar edərək təqdimatda qeyd olunan məsələlərə münasibət bildiriblər. Müzakirələr zamanı çıxış edən DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı məişət zorakılığının qarşısının alıması məqsədi ilə polis orqanları tərəfindən münaqişəli ailələrin uçota götürülməsi, onlarla profilaktik işlərin aparılması barədə ətraflı məlumat verib.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48